ABŞ fevralda strateji neft ehtiyatlarından daha 10 mln. barel satacaq

ABŞ fevralda strateji neft ehtiyatlarından daha 10 mln. barel satacaq ABŞ-ın kommersiya ehtiyatlarında artım strateji ehtiyatlardan aparılan satışla bağlıdır
Energetika
10 Fevral , 2017 17:29
ABŞ fevralda strateji neft ehtiyatlarından daha 10 mln. barel satacaq

Bakı. 10 fevral. REPORT.AZ/ ABŞ strateji neft ehtiyatlarından daha 10 mln. barel satacağını bildirib. "Report" ABŞ Energetika Departamentinə istinadən xəbər verir ki, strateji neft ehtiyatlarının satışa çıxarılmasına yanvar ayında başlanılıb və keçən ay 8 mln. barel satışa çıxarılsa da, hamısı satılmayıb. 

Yanvarda 6,2 mln. barel neft "Shell", 0,2 mln. barel neft isə "Conoco Philips" şirkəti tərəfindən alınıb. Satışdan əldə olunacaq vəsaitin strateji ehtiyatların yeniləmə işlərinə və tibbi araşdırmalara yönəldiləcəyi bildirilir. Mütəxəssislərin fikrincə, son 2 həftədə ABŞ-ın kommersiya neft ehtiyatlarının artmasına da strateji ehtiyatların satışı amili səbəb olub.

Qeyd edək ki, ABŞ-ın strateji neft ehtiyatları 1973-cü ildə yaranıb. Ölkə 700 mln. barel həcmə sahibdir və bu rezerv ölkənin 90 günlük neftlə təmin olunması üçün yaradılıb. Strateji neft ehtiyatlarından ancaq Körfəz müharibəsi, "Katrina" qasırğası və "ərəb baharı" zamanı istifadə edilib. 

Son xəbərlər

Orphus sistemi