ABŞ-da qazma qurğularının sayı 16 ədəd artaraq 653-ə çatıb

ABŞ-da qazma qurğularının sayı 16 ədəd artaraq 653-ə çatıb Neft buruqlarının sayı 13 ədad artıb
Energetika
23 Dekabr , 2016 22:43
ABŞ-da qazma qurğularının sayı 16 ədəd artaraq 653-ə çatıb

Bakı. 23 dekabr. REPORT.AZ/ ABŞ-da qazma qurğularının sayı həftə ərzində 16 ədəd artaraq 653-ə çatıb.

"Report" "Baker Hughes" neft-qaz xidməti şirkətinə istinadən xəbər verir ki, neft buruqlarının sayı 13 ədəd (523-dək), qaz buruqlarının sayı isə 3 ədəd (129) artıb.

Digər buruqların sayı əvvəlki 1 ədəd səviyyəsində qalıb.

Kanadada qazma qurğularının sayı 10 ədəd artaraq 224-ə çatıb. Neft buruqlarının sayı 10 ədəd (106-ya qədər), qaz buruqlarının sayı isə 3 ədəd (113) azalıb. Digər buruqların sayı 3 ədəd artaraq 5-ə çatıb.

Son xəbərlər

Orphus sistemi