ABŞ-da neft-qaz quyularının sayı kəskin artıb

ABŞ-da neft-qaz quyularının sayı kəskin artıb Bu, perspektivdə neftin cari qiymətinə ciddi təsir edə bilər
Energetika
12 Dekabr , 2016 12:12
ABŞ-da neft-qaz quyularının sayı kəskin artıb

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı dekabrın 3-dən 9-dək 27 ədəd və ya 4,52% artaraq 624-ə çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 21 ədəd və yaxud 4,4% artaraq 498 ədəd, qaz quyularının sayı 6 ədəd və yaxud 5,04% artaraq 125 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək 1 ədəd olub. Beləliklə, keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 26 ədəd və yaxud 4,96%, qaz quyularının sayı isə 60 ədəd və yaxud 32,4%, ümumilikdə isə neft-qaz quyularının sayı 85 ədəd və yaxud 11,99% azalıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı bu ilin mayın 25-nə 316 ədəd olub, bu da son 7 ilin minimal həddir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 97,5% çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 61,2% aşağıdır.

"Report"un analitik qrupu qeyd edir ki, noyabrın 30-da Vyanada keçirilən OPEC sammitində neft hasilatının azaldılması qərara alınıb. Yaxın günlərdə neft qiymətlərinin 60 dollar/barelə çatması gözlənilir ki, belə olduğu təqdirdə ABŞ-da aktiv neft quyularının sayında ciddi artım davam edəcək.

Son xəbərlər

Orphus sistemi