ABŞ-da benzin ehtiyatlarının azalması nefti bahalaşdırıb

ABŞ-da benzin ehtiyatlarının azalması nefti bahalaşdırıb Yay ərəfəsində neft qiymətlərinin kəskin artması mümkündür
Energetika
30 Mart , 2017 10:22
ABŞ-da benzin ehtiyatlarının azalması nefti bahalaşdırıb

Bakı. 30 mart. REPORT.AZ/ ABŞ-da benzin ehtiyatları 18-24 mart həftəsində 3,7 mln. barel və ya 1,5% azalaraq 239,7 mln. barelə geriləyib. "Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Energetika İnformasiyaları Agentliyi (EİA) məlumat yayılıb. Proqnozlara görə, ilkin olaraq benzin ehtiyatlarının 1,89 mln. barel azalması gözlənilirdi.

Məlumatda bildirilir ki, hesabat həftəsində neft ehtiyatları 0,9 mln. barel və ya 0,2% artaraq 534 mln. barelə çatıb. Qeyd edək ki, "Reuters" agentliyi tərəfindən aparılan sorğuya əsasən, analitiklər neft ehtiyatlarının 1,357 mln., "Bloomberg" agentliyi isə 2 mln. barel artacağını proqnozlaşdırıb. Ehtiyatların proqnozlardan az artması, benzin ehtiyatlarının isə əksinə, daha çox azalma göstərməsi neft qiymətlərinin martın 29-dan etibarən artmasına səbəb olub. Belə ki, "Brent" markalı neftin qiyməti 2%-ə yaxın yüksələrək 52 dollar/barel həddini keçib.

Analitiklər yay avtomobil mövsümünün yaxınlaşması ərəfəsində benzinə tələbin artmasını bir neçə həftə sonra ABŞ-da neft ehtiyatlarının azalmasına gətirib çıxaracağını ehtimal edirlər. Aprel ayında OPEC təşkilatı neft hasilatının azalması ilə bağlı anlaşmanın müddətini daha 6 ay uzadarsa, o zaman sadalanan 2 müsbət amil neft qiymətlərinin kəskin artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi