ABŞ-da aktiv neft və qaz quyularının sayı artır

ABŞ-da aktiv neft və qaz quyularının sayı artır ABŞ-ın gündəlik neft hasilatı 9,147 mln. barelə yüksəlib
Energetika
3 Aprel , 2017 20:00
ABŞ-da aktiv neft və qaz quyularının sayı artır

Bakı. 3 aprel. REPORT.AZ/ ABŞ-da fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı martın 25-dən martın 31-dək 15 ədəd və ya 1,85% artaraq 824-a çatıb.

"Report" ABŞ-ın "Baker Hughes" şirkətinə istinadən xəbər verir ki, hesabat həftəsində aktiv neft quyularının sayı 10 ədəd və yaxud 1,53% artaraq 662 ədəd, qaz quyularının sayı 5 ədəd və yaxud 3,22% azalaraq 160 ədəd, qarışıq fəaliyyət göstərən quyuların sayı isə dəyişməyərək ikiyə bərabər olub. Keçən ilin eyni dövrü ilə müqayisədə neft quyularının sayı 300 və yaxud 82,87%, qaz quyularının sayı isə 72, yaxud 81,82%, ümumilikdə isə neft-qaz quyularının sayı 374 ədəd və yaxud 83,11% artıb.

Xatırladaq ki, ABŞ-da fəaliyyətdə olan neft quyularının sayı ötən ilin mayın 25-də 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimal həddən 2,09 dəfə çoxdur. Bu göstərici rekord səviyyəyə isə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 56,98% aşağıdır.

"Baker Hughes"ə görə, ABŞ-da gündəlik neft hasilatı son 13 ayın maksimal həddinə çatıb və 9,147 mln. barel təşkil edib.

"Report"un analitik qrupu qeyd edir ki, yaxın 3-6 ay ərzində neftin qiymətinin 50-65 dollar/barel diapazonunda hərəkət edəcəyi gözlənilir. Belə olduğu halda, ABŞ-da aktiv neft quyularının sayında artım davam edəcək. Bu da öz növbəsində hasilatın artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi