ABŞ-da aktiv neft quyularının sayı yenidən azalıb

ABŞ-da aktiv neft quyularının sayı yenidən azalıb Bakı. 12 mart. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 7 həftəlik fasilədən sonra yenidən azalıb. Belə ki, quyuların sayı 3-9 mart həftəsində 4 ədəd və yaxud 0,5% azalaraq 796-a düşüb. 
Energetika
12 Mart , 2018 09:42
ABŞ-da aktiv neft quyularının sayı yenidən azalıb

Bakı. 12 mart. REPORT.AZ/ ABŞ-da aktiv neft quyularının sayı 7 həftəlik fasilədən sonra yenidən azalıb. Belə ki, quyuların sayı 3-9 mart həftəsində 4 ədəd və yaxud 0,5% azalaraq 796-a düşüb. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb. 

Bundan əvvəlki hesabat həftəsində də aktiv quyuların sayı 1 ədəd artmışdı.

Hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı isə 7 ədəd və yaxud 3,87% artaraq 188 ədədə çatıb. Son nəticədə fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 3 ədəd və yaxud 0,3% artaraq 984 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 179 ədəd və yaxud 29,01%, aktiv qaz quyularının sayı 37 ədəd və yaxud 24,5%, ümumilikdə isə fəaliyyətdə olan neft-qaz quyularının sayı 216 ədəd və yaxud 28,13% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 8 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,52 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,5% aşağıdır.

Qeyd edək ki, 24 fevral-2 mart son hesabat həftəsində ABŞ-ın neft hasilatının gündəlik həcmi 86 min barel və yaxud 0,84% artaraq 10,369 mln. barel təşkil edib və növbəti rekord səviyyəyə yüksəlib.

"Report"un analitik qrupu hesab edir ki, yaxın 6 ay ərzində dünya bazarında neftin qiyməti 55-73 dollar/barel arasında dəyişəcək.

Son xəbərlər

Orphus sistemi