ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb

ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb SOCAR-a 1,8 mlrd. kubmetr səmt qazı verilib
Energetika
17 Avqust , 2017 16:28
ABƏŞ SOCAR-a verilən səmt qazının həcmini 37% artırıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan bu ilin I yarısında Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR), əsasən, Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 mln. kubmetr səmt qazı verib.

“Report” “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, ümumilikdə isə hesabat dövründə SOCAR-a 1,8 mlrd. kubmetr səmt qazı verilib.

SOCAR-a verilən səmt qazının həcmi ötən ilin I yarısı ilə müqayisədə 37,4% artıb.

Bildirilib ki, hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb. 1995-ci ilin fevralında ABƏŞ yaradılıb. Bu yataqlar blokunun əməliyyatçısı isə ABƏŞ adından çıxış edən BP şirkətidir. "AÇG"-də BP (operator - 35,8%), SOCAR (11,6%), "Chevron" (11,3%), "Inpex" (11%), "Statoil" (8,6%), "ExxonMobil" (8%), TPAO (6,8%), "Itochu" (4,3%), "ONGC Videsh Ltd." (OVL, 2,7%) şirkətləri iştirak edir.

Son xəbərlər

Orphus sistemi