Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib ​2019-cu ilin I rübündə Energetika Nazirliyi tərəfindən 34 icazə verilib
Energetika
4 Aprel , 2019 14:44
Energetika Nazirliyi tərəfindən I rübdə 34 icazə verilib

Energetika Nazirliyi tərəfindən 2019-cu ilin I rübü üzrə ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib. Bu icazələrdən 25-i ixrac nəzarətinə düşən malların idxalı, 1-i ixrac nəzarətinə düşən malların ixracı, 8-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub. Bu barədə “Report”a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Rüb ərzində verilmiş icazələrin 32-si 5 saylı “ASAN Xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən hazırda 3 növ icazənin “ASAN Xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Bura ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Son xəbərlər

Orphus sistemi