2016-cı ildə Rusiyada neft hasilatı rekord həddə çatıb

2016-cı ildə Rusiyada neft hasilatı rekord həddə çatıb Ölkədə neft hasilatı səviyyəsi 2015-ci illə müqayisədə 2,5% artıb
Energetika
2 Yanvar , 2017 11:32
2016-cı ildə Rusiyada neft hasilatı rekord həddə çatıb

Bakı. 2 yanvar. REPORT.AZ/ 2016-ci ildə Rusiyada neft hasilatı rekord həddə - 547,499 mln. tona qədər artıb.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Yanacaq Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinə istinadən "İnterfax" məlumat yayıb.

Beləliklə, ötən il Rusiyada neft hasilatı səviyyəsi 2015-ci il ilə müqayisədə 2,5% artıb. Bununla yanaşı qeyd olunur ki, 2016-cı ilin fevralında 2015-ci ilin fevralı ilə müqayisədə 1 gün çoxdur.

2016-cı ildə Rusiyada orta sutkalıq neft hasilatı 10,9 mln. tondan çox olub. Ölkədə qaz hasilatı 640 mlrd. kubmetrə çatıb ki, bu da 2015-ci il ilə müqayisədə 0,7% çoxdur.

Son xəbərlər

Orphus sistemi