“Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək

“Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək “Milli Azərbaycan tarixi Muzeyi – 95” kitab-albomu da təqdim ediləcək
Elm və təhsil
19 Oktyabr , 2015 13:29
“Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək

Bakı. 19 oktyabr. REPORT.AZ/ Oktyabrın 21-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində bu qurumun 95 illik yubileyinə həsr olunan sərginin açılışı və “Virtual Qarabağ Tarixi Muzeyi”nin təqdimat mərasimi keçiriləcək.

Bu barədə “Report”a AMEA-nın mətbuat xidmətindən məlumat verilib.

Vitual muzey Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə əməkdaşlığı çərivəsində təşkil olunur.

Sərgidə muzeyin tarixi, 95 il ərzində keçdiyi şərəfli yol, burada çalışmış görkəmli mütəxəssislər barədə məlumat veriləcək, fondlarda qorunan maraqlı eksponatlar, muzeyin nəşrləri nümayiş olunacaq. Mərasimdə muzeyin direktoru, akademik Nailə Vəlixanlının müəllifi və tərtibatçısı olduğu “Milli Azərbaycan tarixi Muzeyi – 95” kitab-albomu da təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi