Bakı. 15 may. REPORT.AZ/ Bu gün
TQDK-dan "Report"a verilən xəbərə görə, qəbulda Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayon sakinləri, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak ediblər.
Görüş zamanı vətəndaşlar xüsusi təyinatlı təhsil müəssisəsindən xaric edilən tələbələrin digər mülki ali təhsil müəssisələrindən birinə bərpası, tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, həmçinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul qaydalarında edilmiş yeniliklər, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulunun nəticələri və digər məsələlər barədə TQDK-nın sədrinə rəy və sorğularını bildiriblər.
Bütün müraciətlərin araşdırılması və həll edilməsi üçün qeydiyyatı aparılıb, bəzi müraciətlər yerindəcə öz həllini tapıb. Komissiyanın səlahiyyətlərinə aid olmayan müraciətlərin isə aidiyyəti qurumlara çatdırılacağı vətəndaşlara bildirilib.