TQDK növbəti SAT imtahanı keçirib

TQDK növbəti SAT imtahanı keçirib Nəticələr iyunun 25-i imtahan verənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq
Elm və təhsil
8 İyun , 2015 10:47
TQDK növbəti SAT imtahanı keçirib

Bakı. 8 iyun. REPORT.AZ/ Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) növbəti SAT imtahanı keçirib. "Report" xəbər verir ki, imtahan saat 08:30-da başlanıb və 3 saat 45 dəqiqə ərzində aparılıb.

İmtahanda iştirakçılara normal imtahan şəraiti yaradılıb və proses təlimata uyğun aparılıb. Nəticələr iyunun 25-i imtahan verənlərin "College Board"un internet səhifəsindəki şəxsi hesabında açıqlanacaq.

Xatırladaq ki, növbəti SAT imtahanlarına qeydiyyat iyunun 12-dən başlayacaq. Onlayn qaydada qeydiyyatdan keçmək üçün ətraflı məlumat http://tqdk.gov.az/en/international-partnerships/s... linkdə verilib.

Qeyd edək ki, SAT (Scholastic Aptitude Test) müxtəlif siniflərdə təhsil alan məktəb şagirdlərinin oxuma, yazma və riyazi biliklərini yoxlayan standartlaşdırılmış test imtahanıdır və hər il imtahanda iki milyondan artıq məktəb məzunu iştirak edir. SAT imtahanının nəticəsi beynəlxalq səviyyədə tanınmaqla, ABŞ-da və dünyanın müxtəlif ölkələrində kollec və universitetlərə qəbul prosesində məktəb məzunlarının ali təhsil almağa hazırlığını qiymətləndirməyə imkan verən obyektiv imtahan göstəricisi kimi qəbul olunur. Ali təhsil ocaqlarının qəbul komissiyaları üçün SAT imtahanının nəticəsi müraciət edən məktəb məzunlarını eyni şkalada müqayisə etməyə imkan verir, həmçinin onlara təqaüd verilməsi qərarlarını müəyyən etməkdə obyektiv mənbə hesab olunur.

Son xəbərlər

Orphus sistemi