Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ucarda elmi-tədqiqat işləri aparır

Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ucarda elmi-tədqiqat işləri aparır Ərazidə yem bitkilərinin bioloji xüsusiyyətləri, növü və becərmə üsullarını öyrənilir
Elm və təhsil
9 İyun , 2015 10:42
Torpaqşünaslıq və Aqrokimya İnstitutu Ucarda elmi-tədqiqat işləri aparır

Bakı. 9 iyun. REPORT.AZ/ AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində elmi-tədqiqat işlər aparılır. Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Məlumatda bildirilib ki, institut əməkdaşları bu ərazidə yem bitkilərinin bioloji xüsusiyyətləri, növü və becərmə üsullarını öyrənir, onların fiziki, kimyəvi və bioloji proseslərə təsirini tədqiq edirlər. Mövzu planına uyğun Dayaq Məntəqəsində uzun müddət becərilən torpaqların münbitlik göstəriciləri müqayisə olunur, qarğıdalı bitkisi üzərində qoyulmuş təcrübələrdə torpaqda fosfor və kaliumun bitkiyə təsiri öyrənilir. Həmçinin yerli tullantılardan alınmış üzvi gübrələrin şəkər çuğunduru bitkisinin inkişafına, məhsuldarlığına və keyfiyyətinə təsiri tədqiq olunur.

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar Dayaq məntəqəsində yerinə yetirilən elmi-tədqiqat və təşkilati işlərlə yaxından tanış olmaq məqsədi ilə bu elmi müəssisənin direktoru, aqrar elmlər üzrə elmlər doktoru Əlövsət Quliyev və institutun Həmkarlar təşkilatının sədri, aqrar elmlər üzrə fəlsəfə doktoru Məmməd Məmmədov məntəqədə olublar və institutun təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçiriblər.

Hazırda məntəqədə tədqiqat işləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi