Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq

Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq Akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 28-də saat 12:00-da keçiriləcək
Elm və təhsil
27 Noyabr , 2015 15:45
Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq

Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Tofiq Hacıyev sabah ikinci Fəxri xiyabanda dəfn olunacaq. Bu barədə "Report"a institutdan məlumat verilib.

İnstitutdan həmçinin bildirilib ki, akademiklə vida mərasimi Azərbaycan Milli Elmlər Akademiyasında noyabrın 28-də saat 12:00-da keçiriləcək.

Qeyd edək ki, Tofiq Hacıyev və həyat yoldaşı Tamara Hacıyeva bu gün səhər dəm qazından zəhərlənib. T.Hacıyev ölüb, həyat yoldaşı isə hazırda komadadır.

Son xəbərlər

Orphus sistemi