Tələbələrin ali məktəblərdə qeydiyyatının vaxtı uzadılıb

Tələbələrin ali məktəblərdə qeydiyyatının vaxtı uzadılıb Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək
Elm və təhsil
24 Avqust , 2015 17:50
Tələbələrin ali məktəblərdə qeydiyyatının vaxtı uzadılıb

Bakı. 24 avqust. REPORT.AZ/ Ali məktəblərin bakalavriat səviyyəsinə müsabiqənin I mərhələsinə qəbul olan tələbələrin qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatının vaxtı uzadılıb. Bu barədə "Report"a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidməyindən məlumat verilib.

Məlumata görə, tələbələr avqustun 27-i saat 17:00-dək sənədlərini daxil olduqları universitetlərə təqdim edə bilərlər.

Tələbə adı qazanmış şəxslər göstərilən vaxta qədər tələb olunan sənədləri qəbul olduqlar təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

TQDK-dan bildirilib ki, həmin vaxtdadək qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Son xəbərlər

Orphus sistemi