Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb

Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb Bakı. 22 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Elm və təhsil
22 Oktyabr , 2018 18:09
Təhsil Nazirliyinə İmişlidə məktəb tikintisi üçün 1 milyon manat ayırılıb

Bakı. 22 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İmişli rayonunun Qızılkənd kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sərəncamla İmişli rayonunun Qızılkənd kəndində 624 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ilkin olaraq 1 milyon manat ayırılıb.

Son xəbərlər

Orphus sistemi