Təhsil Nazirliyi 5,6 milyon avroluq layihənin icrasına başlayır

Təhsil Nazirliyi 5,6 milyon avroluq layihənin icrasına başlayır Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5,6 milyon avro dəyərində yeni layihəyə b
Elm və təhsil
7 Sentyabr , 2020 13:04
Təhsil Nazirliyi 5,6 milyon avroluq layihənin icrasına başlayır

Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı və Təhsil Nazirliyi Azərbaycanda peşə təhsili və təlimi sistemində keyfiyyətli kadr hazırlığı üçün dəstək verilməsi və bu təhsil pilləsinin nüfuzunun artırılması məqsədilə 5,6 milyon avro dəyərində yeni layihəyə başlayıb.

"Report" xəbər verir ki, Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirəcəyi dörd illik layihə - əmək bazarının mövcud ehtiyaclarına uyğun səriştəyə əsaslanan öyrənmə üçün peşə təhsili müəssisələrini müasirləşdirməkdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə dəstək olacaq.

Avropa İttifaqının Azərbaycan üzrə Nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas qeyd edib ki, Aİ çoxşaxəli, səmərəli və innovativ qeyri-neft sektoru ilə idarə olunan yeni iqtisadi modelə keçməsində davamlı olaraq Azərbaycan Hökumətini dəstəkləyir: “Bu məqsədə çatmaq üçün işini bilən və bacarıqlı insan kapitalı vacibdir”.

Layihə seçilmiş 7 peşə təhsili mərkəzinə innovativ layihələrin tətbiqi ilə infrastruktur, avadanlıqların müasirləşdirilməsi, habelə müxtəlif təlim və tədbirlərin dəstəklənməsi ilə Azərbaycanda peşə təhsili müəssisələrinin potensialının yüksəldilməsi məqsədinə xidmət edəcək. Peşə təhsil mərkəzlərində təhsil alan 5 000-dən çox tələbə bu təşəbbüsdən faydalanacaq.

Layihə karyera xidmətləri, rəqəmsallaşdırma vasitəsilə bacarıqların inkişafı, özəl sektorla əməkdaşlıq, həmçinin COVID-19 pandemiyasının təsirlərini azaltmaq üçün müvafiq avadanlıq və vasitələrin satınalınması kimi müxtəlif sahələr üzrə işi nəzərdə tutur.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov bu tərəfdaşlığın vacibliyini vurğulayıb: “Bu təşəbbüs sayəsində peşə təhsili barəsində münasibət və müzakirələri dəyişdirmək, təhsil təminatında əmək bazarının tələblərinə əsaslanan və gələcək yönümlü dəyişikliklərin tətbiqi məqsədilə bütün maraqlı tərəfləri bir araya gətirən davamlı əməkdaşlıq müstəvisini təsis etmiş olacağıq.”

BMTİP-nin Rezident Nümayəndəsi Alessandro Frakassetti layihə barədə danışarkən deyib ki, keyfiyyətli təhsilin təmin edilməsi gələcəyin işlərinə Azərbaycanın bacarıqlı gənclərini hazırlayacaq, eləcə də hər kəs üçün inklüziv və keyfiyyətli öyrənmə imkanlarını təbliğ edərək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verəcək.

Layihə Avropa İttifaqının ‘Məşğulluq üçün Təhsil’ 2018 İllik Fəaliyyət Proqramı çərçivəsində maliyyələşdirilir.

Son xəbərlər

Orphus sistemi