“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis olunub

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis olunub Məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirməkdir
Elm və təhsil
27 Fevral , 2017 20:36
“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubu təsis olunub

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclası keçirilib.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, klubun təsisində məqsəd gənclərin diqqətini Azərbaycan tarixinin öyrənilməmiş və unudulmuş səhifələrinə yönləndirmək, Azərbaycanın maddi-mədəni irsinin, xüsusən Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyası irsinin qorunmasına cəlb etmək, XX əsrin əvvəllərindən etibarən çağdaş Azərbaycan tarixinə faciələr gətirmiş “erməni məsələsi”nin mahiyyətini ölüm, qan, terror daşıyıcısı olduğunu göstərmək, qondarma “Dağlıq Qarabağ” probleminin yaranmasında erməni məkrini öyrənməkdir.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun təsis iclasında çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov klubun fəaliyyətini özündə əks etdirən Əsasnamə ilə iştirakçıları tanış edib. Bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb və tələbələrin təklifləri qeydə alınıb. Eyni zamanda klubun strukturu, iş planı, görüləcək tədbirlərin forma və məzmunu, eləcə də tərkibi müzakirə edilib. İclasda iştirak edən fəal gənclər arasından klubun sədri və sədr müavini seçilib.

İclasda iştirak edən tanınmış tarixçi alimlər Klubun yaradılmasını təqdirəlayiq hal kimi qiymətləndirib, Azərbaycan elminin potensialının inkişafına gənclərin dəyərli töhfə verəcəklərinə inandıqlarını deyib və “Tariximizi öyrənək və öyrədək” Gənclər Klubuna dəstək olacaqlarını bildiriblər.

“Tariximizi öyrənək və öyrədək” Gənclər Klubunun üzvləri sırasına Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Kollecinin bir qrup tələbələri və Bilik Fondunun Könüllüləri daxildir.

Son xəbərlər

Orphus sistemi