Tarix Muzeyinə antik zərgərlik məmulatları təhvil verilib

Tarix Muzeyinə antik zərgərlik məmulatları təhvil verilib Qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib
Elm və təhsil
13 Yanvar , 2016 16:34
Tarix Muzeyinə antik zərgərlik məmulatları təhvil verilib

Bakı. 13 yanvar. REPORT.AZ/ Azərbaycan Tarix Muzeyi tarixi əhəmiyyətə malik milli zərgərlik məmulatı olan Sinəbənd, Rusiya məmulatı olan ətir qabı və Avropa dövlətlərinə məxsus olan qadın əl çantası əldə edib. Bu barədə "Report"a muzeyin mətbuat xidmətindən məlumat verilib.

Muzeydən bildirilib ki, bu qiymətli materialların XIX əsrin sonu XX əsrin əvvəllərinə aid olduğu müəyyənləşdirilib.

Qızıl suyuna salınmış gümüş Sinəbənd şəbəkə işləmədir. 10 ədəd dörd ləçəkli gül formalı lövhənin hər birinin üzərinə 1 ədəd qaş bərkidilmiş, lövhələrin üzəri balıq formalı, fiqurlu asmalar və xırda mirvarilərlə bəzədilib. Sinəbəndin mərkəzi ikiqat şəbəkəli olub, gül təsvirli lövhəyə rəngli qaşları olan ay-ulduz, üzərinə isə mirvari ilə bəzədilmiş balıq asmalar düzülüb. Çəkisi: 104,7 qr.-dır.

Rusiyaya məxsus ətirqabı isə gümüşdəndir. Göy, ağ, qırmızı minalıdır. Üzərində 916 əyar damğası var. Çəkisi 21,6 qr.-dır.

Avropa dövlətlərinə xas olan gümüş metaldan qadın əl çantası kiçik ölçülü, narın tordandır. Çantanın forması açılıb bağlanandır, çəkisi 48 qramdır.

Son xəbərlər

Orphus sistemi