Sona Vəliyeva: ““Kaspi” təhsil mərkəzində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95 faiz olub”

Sona Vəliyeva: ““Kaspi” təhsil mərkəzində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95 faiz olub” “Ölkədəki universitetlərdə “Kaspi”nin kurslarını bitirmiş 1500-ə yaxın tələbə təhsil alır”
Elm və təhsil
8 Sentyabr , 2015 13:04
Sona Vəliyeva: ““Kaspi” təhsil mərkəzində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95 faiz olub”

Bakı. 8 sentyabr. REPORT.AZ/ Bu gün “Kaspi” Təhsil Şirkəti tərəfindən 2014/2015-ci təhsil ilinə dair yekun hesabatının verilməsi və ictimaiyyəti gələcək plan və layihələrdən xəbərdar etmək məqsədilə mətbuat konfransı keçirilib. “Report”un xəbərinə görə, tədbirdə “Kaspi” təhsil şirkətinin təsisiçisi Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və Təhsil Nazirliyinin nümayəndələri iştirak edib.

S.Vəliyeva bildirib ki, sonuncu - 2014/2015-ci tədris ilində “Kaspi” təhsil mərkəzində hazırlanmış abituriyentlərin ümumi qəbul göstəricisi 95% olub. Abituriyent kursunun əsas meyarı hesab olunan orta bal “Kaspi”də bu il 450 olub: “Bu il Azərbaycan bölməsi üzrə ən yüksək göstəricini Cəfər Balakişiyev göstərib. O, 685 bal toplayıb. Rus bölməsi üzrə ən yüksək göstəricini 691 bal toplayan Nərmin Camalova göstərib”.

S.Vəliyeva onu da vurğulayıb ki, ölkədə fəaliyyət göstərən müxtəlif universitetlərdə “Kaspi”nin kurslarını bitirmiş 1500-ə yaxın tələbə təhsil alır: “Eləcə də dünyanın müxtəlif ölkələrində bakalavr səviyyəsində 380 nəfər “Kaspi”çi oxuyur”.

Son xəbərlər

Orphus sistemi