Xəzər rayonunda yüksək bal toplayan abituriyentlərlə görüş olub

Xəzər rayonunda yüksək bal toplayan abituriyentlərlə görüş olub Bu gün Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup abituriyentlə görüş olub.
Elm və təhsil
16 Sentyabr , 2020 18:19
Xəzər rayonunda yüksək bal toplayan abituriyentlərlə görüş olub

Bu gün Xəzər Rayon İcra Hakimiyyəti və YAP Xəzər rayon təşkilatının birgə təşkilatçılığı ilə bu il qəbul imtahanlarında yüksək nəticə göstərən bir qrup abituriyentlə görüş olub. 

"Report" xəbər verir ki, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları - Soltan Məmmədov, Rauf Əliyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədovun iştirak etdiyi görüşdə 600-dən yuxarı bal toplamış abituriyentlər iştikak ediblər.

Tədbir iştirakçıları Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Xəzər RİH başçısı Elşən Salahov tələbə adını qazanan məzunları təbrik edərək ölkədə təhsilə göstərilən dövlət qayğısından danışıb.

Milli Məclisin deputatı Soltan Məmmədov gənclərə uğurlar arzulayaraq Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizdə yüksək təhsilli kadrların yetişdirilməsi təhsil siyasətinin əsas məqsədlərindən biridir. Soltan Məmmədov Heydər Əliyev Fondunun təhsilin inkişafına xidmət edən bir sıra uğurlu layihələr həyata keçirdiyini də diqqətə çatdırıb. O, Azərbaycan dövlətinin gənclərə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirib. Deputat keyfiyyətli təhsilin inkişaf üçün vacib şərt olduğunu və bu sahədə ölkəmizdə ardıcıl işlə aparıldığını vurğulayıb.

Milli Məclisin deputatı Rauf Əliyev, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov çıxış edərək bildiriblər ki, gənclərin çətin pandemiya şəraitində məcburən dəyişdirilmiş tədris prosesindən keçərək tələbə adını qazanması böyük fədakarlıqdır.

Görüşdə qəbul imtahanlarında yüksək nəticə göstərən abituriyentlər çıxış edərək onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər. Sonda tələbə gənclərə hədiyyələr təqdim edilib və onlarla xatirə şəkli çəkdirilib.

Son xəbərlər

Orphus sistemi