AMEA-nın koronavirusa yoluxan şöbə müdiri Yeni Klinikaya yerləşdirilib

AMEA-nın koronavirusa yoluxan şöbə müdiri Yeni Klinikaya yerləşdirilib Koronavirusa yoluxan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov xəstəxanaya yerləşdirilib.
Elm və təhsil
6 İyul , 2020 11:05
AMEA-nın koronavirusa yoluxan şöbə müdiri Yeni Klinikaya yerləşdirilib

Koronavirusa yoluxan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri İdris Abbasov xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Qənirə Paşayeva məlumat verib.

Deputat İ.Abbasovla danışdığını və onun müalicəsinin Yeni Klinikada davam etdiyini bildirib:

“Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da  xəstəxanaya yerləşdiriləcək”.

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə şöbə müdirinin səhhəti ilə aidiyyəti qurumların maraqlanmadıqları barədə fikirlər səsləndirilirdi.

Xatırladaq ki, ötən gün İnstitutun mətbuat xidmətinin yaydığı açıqlamada şöbə müdirinin səhhəti ilə bağlı məsələnin AMEA rəhbərliyinin diqqətində olduğu bildirilib: "AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər".

İdris Abbasov
İdris Abbasov

Son xəbərlər

Orphus sistemi