Siyəzəndə qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Siyəzəndə qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub
Elm və təhsil
18 Aprel , 2017 11:55
Siyəzəndə qohumunu bıçaqlayan şəxs məhkəmə zalında həbs edilib

Bakı. 18 aprel REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Orxan Fərzəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə O.Fərzəliyev 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polisin nəzarətinə verilmə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunaraq, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, hadisə 2016-cı ilin noyabr ayında Siyəzən rayonunda baş verib. O.Fərzəliyev aralarında yaranan münaqişə zəmnində qohumu Samir Məmmədovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan S.Məmmədovun həyatını xilas etmək mümkün olub.

Daha sonra O.Fərzəliyev hüquq-mühafizə əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmənin qərarı ilə onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi