Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”

Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq” "Təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb"
Elm və təhsil
9 İyun , 2017 18:00
Məhəbbət Vəliyeva: “Sentyabrdan 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”
Report.az

Bakı. 9 iyun. REPORT.AZ/ “Sentyabr ayından 20 nömrəli məktəb-liseyin köçürülməsi işlərinə başlanılacaq”. 

“Report” xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva deyib.

Onun sözlərinə görə, indi təxminən 3000-ə yaxın şagird 20 nömrəli məktəb-liseydə təhsil alır: “Biz I sinfə şagirdlərin qəbulunu elektron sistem vasitəsilə həyata keçirmişik. 20 nömrəli-məktəb liseyə Azərbaycan bölməsində 8 sinif olmaqla 225 şagird, rus bölməsinə isə 8 sinfə 238 şagird qəbul olunub”.

M.Vəliyeva qeyd edib ki, rus bölməsində artıq şagird qəbulu dayandırılıb: “Ancaq Azərbaycan bölməsinə bu ayın sonuna qədər davam edəcək. Bunu da xüsusilə valideynlərin nəzərinə çatdırıram ki, təhsil müəssisəsinə qəbul olunmaq üçün məhdud sayda yerlər qalıb”.

Son xəbərlər

Orphus sistemi