Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılışı olub

Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılışı olub Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur
Elm və təhsil
1 Dekabr , 2015 20:43
Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılışı olub

Bakı. 1 dekabr. REPORT.AZ/ Şəkidə Qaratorpaq kənd tam orta məktəbinin açılışı olub. Təhsil Nazirliyindən "Report"a verilən xəbərə görə, Şəki Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov rayon mərkəzindən 90 kilometr uzaqda yerləşən bu təhsil ocağının indiyədək köhnə tikilidə yerləşdiyini bildirib.

O qeyd edib ki, bu il məzun olan 9 nəfərdən 6-sı ali təhsil müəssisələrinə qəbul üçün ərizə verib və tələbə adını qazanıb: "Onlardan ikisinin qəbul balı 600-dən yüksək olub. Yeni məktəbdə hər bir fənn üzrə ixtisaslı müəllimlər tədris aparır. Məktəbdə 97 şagirdin təlim-tərbiyəsi ilə 22 müəllim məşğul olur".

Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov ilin sonunadək daha bir neçə bölgədə yeni məktəblərin istifadəyə veriləcəyini diqqətə çatdırıb.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən vahid standart əsasında inşa olunan 132 şagird yerlik Qaratorpaq kənd tam orta məktəbi 11 sinif otağı, 2 laboratoriya, kompüter otağı, 80 yerlik akt zalı, idman zalı, hərbi hazırlıq otağı, 2 əmək təlimi otağı, kitabxana və tibb məntəqəsinə malikdir.

Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet avadanlıqları quraşdırılıb. Müasir tələblərə cavab verən qazanxana maye yanacaqla işləyir. Məktəbin ərazisində inşa olunan futbol meydançası, müxtəlif idman qurğuları şagirdlərin fiziki inkişafını möhkəmləndirməyə xidmət edir.

Son xəbərlər

Orphus sistemi