Sayalı Sadıqova: “Azərbaycanda adlara qoyulan qadağalar burada yaşayan milli azlıqlara aid deyil”

Sayalı Sadıqova: “Azərbaycanda adlara qoyulan qadağalar burada yaşayan milli azlıqlara aid deyil” “Azərbaycan övladına "Qaliley”, "Şekspir” kimi adların qoyulması milli dəyərlərə ziddir”
Elm və təhsil
12 Noyabr , 2015 11:46
Sayalı Sadıqova: “Azərbaycanda adlara qoyulan qadağalar burada yaşayan milli azlıqlara aid deyil”

Bakı. 12 noyabr. REPORT.AZ/ "Azərbaycanda uşaqlara qoyulan adların siyahısında olan dəyişikliklər və qadağalar yalnız milliyyətcə azərbaycanlı olan şəxslərə aiddir. Azərbaycan vətəndaşlığını qəbul edən, başqa millətin nümayəndəsi olan şəxslər üçün bu qadağalar keçərli deyil". Bunu "Report"a açıqlamasında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, filologiya elmləri doktoru, professor Sayalı Sadıqova bildirib.

O bildirib ki, Azərbaycan əhalisinin 10 faizə yaxınını milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir: "Hər xalqın öz ad sistemi var. Biz Azərbaycanda yaşayan yəhudilər, talışlar, kürdlər, tatlar, avarlar, saxurlar, ləzgilər, udilər, ruslar, molokanlar, ingiloylar və digər xalqların ad sisteminə qətiyyən müdaxilə edə bilmərik. Onlar Azərbaycan vətəndaşı olsalar da, öz millətlərinə məxsus adları övladlarına qoya bilərlər. Amma bu, azərbaycanlılar üçün keçərli deyil".

Professor qeyd edib ki, ad hər bir millətin kimliyini bildirir: "Azərbaycanlı olan şəxslərin məsələn, ingilis adı qoyması nə qədər düzgündür!?. Azərbaycan övladına "Qaliley", "Şekspir" kimi adların qoyulması milli dəyərlərə ziddir". 

Son xəbərlər

Orphus sistemi