Bakı. 21 noyabr. REPORT.AZ/ Noyabrın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Elmi Şurasının iclası keçiriləcək.
Bu barədə "Report"a institutdan məlumat verilib.
İclasda Şamaxı Astrofizika Rəsədxanasında struktur dəyişiklikləri müzakirə olunacaq.
Şöbələrdə elmi fəaliyyətlə məşğul olan əməkdaşların hər birinin hesabatı dinləniləcək.