SABAH qrupunun 200-dən çox tələbəsi AMEA-da təcrübə keçəcək

SABAH qrupunun 200-dən çox tələbəsi AMEA-da təcrübə keçəcək Tələbələr müvafiq ixtisaslar üzrə dekabrın 1-dən gələn ilin mayın 31-dək AMEA-nın 21 elmi müəssisəsində təcrübə keçəcəklər
Elm və təhsil
29 Noyabr , 2016 20:28
SABAH qrupunun 200-dən çox tələbəsi AMEA-da təcrübə keçəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyası ilə Təhsil Nazirliyi arasında əldə olunan razılığa əsasən, ali təhsil müəssisələrində yaradılan SABAH qruplarında təhsil alan 210 tələbə AMEA-nın elmi müəssisələrində təcrübə keçəcək.

Bu barədə “Report”a akademiyadan məlumat verilib.

Bildirilib ki, AMEA-nın müəyyən etdiyi təcrübəkeçmə planına uyğun olaraq, SABAH qruplarında təhsil alan tələbələr sırasından seçilən 210 nəfərin siyahısı Təhsil Nazirliyi tərəfindən AMEA-ya təqdim edilib.

AMEA prezidentinin sərəncamı ilə SABAH qruplarında təhsil alan tələbələrin akademiyanın elmi müəssisələrində təcrübəkeçmə planı təsdiqlənib. Plana əsasən, tələbələr müvafiq ixtisaslar üzrə bu il dekabrın 1-dən gələn ilin mayın 31-dək AMEA-nın 21 elmi müəssisəsində, həmçinin Elm və Təhsil İdarəsində təcrübə keçəcəklər.

Son xəbərlər

Orphus sistemi