Saatlıda nazir Mikayıl Cabbarovun qəbulu başlayıb

Saatlıda nazir Mikayıl Cabbarovun qəbulu başlayıb Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib
Elm və təhsil
8 Dekabr , 2014 11:28
Saatlıda nazir Mikayıl Cabbarovun qəbulu başlayıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycanın təhsil naziri Mikayıl Cabbarovun Saatlı şəhərindəki Gənclər Mərkəzində Saatlı, Sabirabad, İmişli, Beyləqan, Hacıqabul rayon və Şirvan şəhər sakinlərini qəbulu başlayıb. Nazirlikdən "Report"a verilən xəbərə görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin cari ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda vətəndaşların müraciəti dinlənilir və əksər məsələlər yerindəcə həllini tapır. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilir.

Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınır.

Son xəbərlər

Orphus sistemi