​Rusiya Diplomatik Akademiyasının rektoru: Hər il Azərbaycandan 15 gənc diplomat qəbul edirik

​Rusiya Diplomatik Akademiyasının rektoru: Hər il Azərbaycandan 15 gənc diplomat qəbul edirik “1996-2015-ci illər ərzində 400-500 diplomata təhsil vermişik”
Elm və təhsil
18 Aprel , 2015 21:44
​Rusiya Diplomatik Akademiyasının rektoru: Hər il Azərbaycandan 15 gənc diplomat qəbul edirik

Bakı. 18 aprel. REPORT.AZ/ “Biz Rusiya prezidentinin müvafiq fərmanına əsasən, 1996-cı ildən hər il dövlət büdcəsi hesabına Gürcüstan, Azərbaycan və Ermənistandan müvafiq olaraq 15 gənc diplomatı təhsil almaq üçün qəbul edirik.

“Report” xəbər verir ki, bunu “Vestnik Kafkaza” Zaqafqaziya dövlətləri ilə iş barədə danışan Rusiya Diplomatik Akademiyasının rektoru Yevgeni Bajanov bildirib.

Onun sözlərinə görə, “Gürcüstanla münasibətlər dalana dirəndikdən sonra, oradan diplomat daha gəlmədi, Azərbaycan və Ermənistandan isə hər il müntəzəm olaraq hərəyə 15 diplomat qəbul edirik”.

Rektor bildirib ki, onlar xarici işlər nazirliklərinin dövlət tərəfindən tövsiyə olunan nümayəndələridirlər.

“Bizdə bakalavr, magistratura və aspirantura fəaliyyət göstərir və onlar müxtəlif istiqamətləri seçirlər, namizədlik, doktorluq dissertasiyaları müdafiə edirlər. 1996-cı ildən 2015-ci ilədək biz Azərbaycan və Ermənistadan 400-500, Gürcüstandan isə bir qədər az diplomata təhsil vermişik. Diplomat nadir peşədir, bu yüz minlərlə, hətta minlərlə deyil və bizim əksər məzunlarımız Azərbaycan və Ermənistanın xarici işlər nazirlikləri və başqa dövlət qurumlarında yüksək vəzifələr tuturlar”, - deyə o bildirib.

Yevgeni Bajanov qeyd edib ki, bundan əlavə, tərəflər arasında professor, lektor və elmi işçi mübadilələri aparılır.

“Müntəzəm olaraq öz nümayəndələrimizi Azərbaycana göndəririk. Onlar mühazirələr oxuyurlar, elmi iş ilə məşğul olurlar. Biz öz növbəmizdə, Azərbaycanın ali təhsil müəssisələrindən, öncə bu ölkənin diplomatik akademiyasından, həmçinin universitetlərindən və müxtəlif elmi mərkəzlərindən nümayəndlər qəbul edirik. Birgə konfranslar keçirdirik, elmi ədəbiyyat mübadiləsi aparırıq. Onlar və biz qarşılıqlı surətdə öz tələbələrimizi təcrübə keçməyə göndəririk. Bu çox intensiv və məhsuldar bir mübadilədir. Hazırda Azərbaycandan dəvət almışam”, - deyə rektor qeyd edib.

Son xəbərlər

Orphus sistemi