Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb Hər iki namizəd müsabiqədən keçib
Elm və təhsil
23 Avqust , 2016 15:43
Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Rezidenturaya boş qalan plan yerlərinə müsabiqənin nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından "Report"a verilən məlumata görə, 2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəyən 2 namizəd ərizə ilə müraciət edib. Hər iki namizəd müsabiqədən keçib.

Rezidenturaya qəbul olanlar tələb olunan sənədləri avqustun 24 və 25-də Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidir.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

İş nömrəsi Topladığı bal Qəbul olduğu ixtisasın kodu
114651 96 343167
389291 94 361116

Son xəbərlər

Orphus sistemi