Qurban Yetirmişli "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" seçilib

Qurban Yetirmişli "Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim" seçilib O, bu mükafata "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə layiq görülüb.
Elm və təhsil
30 Yanvar , 2015 09:36
Qurban Yetirmişli Ən Yaxşı Vətənpərvər Tədqiqatçı Alim seçilib

Bakı. 30 yanvar. REPORT.AZ/ AMEA nəzdində Respubika Seysmoloji Xidmət mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-minerologiya elmləri doktoru Qurban Yetirmişli "Ən yaxşı vətənpərvər tədqiqatçı alim" qızıl medalı ilə təltif olunub. "Report" xəbər verir ki, o, bu mükafata "Avropa Nəşr Mətbu Evi" mükafat komissiyasının qərarı ilə layiq görülüb.

Xatırladaq ki, mükafat ona milli-mənəvi dəyərlərimizin qorunmasında, istedadlı gənc alimlərin hazırlanmasında səmərəli fəaliyyətinə, seysmologiya, seysmotomoqrafiyanın, geodinamikanın, zəlzələ proqnozunun problemləri sahəsində olan uğurlu tədqiqatlarına, çoxsaylı elmi-publisistik kitablarına, gənclərdə vətənpərvərlik hisslərinin aşılanmasına görə verilib.

Mükafat "Avropa Nəşr Mətbu Evi" tərəfindən Q. Yetirmişliyə təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi