Qubada məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunub

Qubada məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunub Təşkil olunuş düşərgə 10 gün fəaliyyət göstərib
Elm və təhsil
22 Avqust , 2016 19:40
Qubada məktəblilərin ekoloji yay düşərgəsi təşkil olunub

Bakı. 22 avqust. REPORT.AZ/ Quba rayonunda ekoloji yay düşərgəsi təşkil olunub.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzi və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə əməkdaşlığı ilə keçirilən düşərgədə 40-a yaxın məktəbli iştirak edib.

10 gün davam edən düşərgənin təşkil edilməsi uzunmüddətli istirahət və tematik yönümlü xüsusi proqramlar üzrə orta məktəb şagirdlərinin mənalı, sağlam istirahətini təmin etmək məqsədi daşıyıb.

Düşərgədə məktəblilər üçün idman turizm əsaslarının inkişafına xüsusi önəm verilib, meşədə həyat fəaliyyətinin təhlükəsizliyi, yoqa meditasiyasının əsasları üzrə təlim məşgələlərində uşaqlara yeni bilik və bacarıqlar aşılanıb.

Qubanın II Nügədi kəndində yerləşən BDU-nun Təlim Təcrübə və İstirahət Mərkəzində keçirilən düşərgədə Azərbaycan Respublikası Səmti Müəyyən Etmə Federasiyası əməkdaşlarının iştirakı ilə məktəblilər üçün səmti müəyyənetmə üzrə təlimlər keçirilib. 3 gün davam edən təlimin ilk günü nəzəri məşğələlər, ikinci günü açıq şəraitdə qurulmuş labirintdə yarışlar, üçüncü gün isə Xaçmaz rayonu Şimal kəndinə yaxın (Tel-Bulaq) ərazidə səmti müəyyənetmə yarışları təşkil olunub.

Yay düşərgəsində almaniyalı tələbələr öz təcrübələrini bölüşüb, alman və ingilis dillərində ekoloji treninqlər keçiblər.

Son xəbərlər

Orphus sistemi