Prezidentin təqaüdün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq

Prezidentin təqaüdün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq Bakı. 14 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq.
Elm və təhsil
14 Fevral , 2019 17:44
Prezidentin təqaüdün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq

Bakı. 14 fevral. REPORT.AZ/ "Prezident İlham Əliyevin tələbələrin təqaüdünün artırılması ilə bağlı sərəncamı 110 minə yaxın tələbəyə şamil olunacaq".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. 

O qeyd edib ki, Prezident İlham Əliyevin fevralın 14-də imzaladığı müvafiq sərəncam 110 minə yaxın təhsilalanın sosial müdafiəsini gücləndirəcək: "Dövlət büdcəsinin vəsaiti hesabına 2019- cu ilin martın 1-dən təqaüdlər orta hesabla 20%-ə yaxın artacaq. 

Cənab Prezidentin ali təhsil müəssisələrində təqaüd sisteminin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə digər sərəncamı ilə 2019-cu ilin martın 1-dən təqaüd yerlərinin sayı 16000 vahid artırılıb və təqaüd alan tələbələrin sayının tələbələrin ümumi sayına nisbəti hazırkı 31 faizdən 45 faizə çatdırılacaq".

Son xəbərlər

Orphus sistemi