Portuqaliyanın Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib

Portuqaliyanın Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib “Lusofona kimi nəhəng universitetin qapılarını üzümüzə açması Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir”
Elm və təhsil
28 Dekabr , 2016 20:35
Portuqaliyanın Lusofona Universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris edilib

Bakı 28 dekabr. REPORT.AZ/ Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) xarici ölkə universitetlərində “Azərbaycan multikulturalizmi” fənninin tədrisi layihəsi çərçivəsində Portuqaliyanın tanınmış ali təhsil müəssisəsi Lusofona Universitetində sözügedən fənni bu dəfə professor Gülnar Hüseynzadə tədris edib.

Mərkəzdən "Report"a verilən məlumata görə, Gülnar Hüseynzadə diplomatiya fakültəsinin magistrantlarına Azərbaycan multikulturalizmini tədris etdiyini, fənnin tələbələr tərəfindən böyük maraqla qarşılandığını vurğulayıb: “Tələbələrim daha çox Portuqaliya və Braziliyadan idi. Azərbaycanda Portuqaliya haqqında məlumat az olduğu kimi Portuqaliyada da Azərbaycanla bağlı bilgilər məhduddur. Bundan öncə orada Azərbaycan multikulturalizmi fənni tədris olunsa da, düşünürəm ki, bu geniş bilgilərə malik olmaq üçün yetərli deyil”.

Gülnar Hüseynzadə bildirdi ki, Portuqaliyada gənclər əksər hallarda ali təhsil müəssisələri bitirib həmin tədris ilində magistratura təhsilinə üz tutmurlar: “Azərbaycan multikulturalizmi kursunun dinləyiciləri də kifayət qədər yetkin, bir neçə il çalışdıqdan sonra magistraturaya daxil olublar. Lusofona Universiteti çox böyük ali təhsil müəssisəsidir, buranın təxminən 30 mindən artıq tələbəsi var. Düşünürəm ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin böyük nailiyyətidir ki, belənəhəng bir universitet öz auditoriyalarının qapılarını üzümüzə açıb".

Portuqaliyanı da multikultural ölkə kimi səciyyələndirən və Azərbaycan multikulturalizmi modeli ilə müqayisə edən Gülnar Hüseynzadə birincinin daha çox müstəmləkə xarakterli bir örnək olduğunu, Azərbaycan multikulturalizmini isə uzun əsrlərə söykənən tarixi köklərə malik model olduğunu qeyd etdi: “Azərbaycan multikulturalizmi modeli həm də ölkəmizin mədəniyyətini, adət-ənənələrini də özündə ehtiva edir.Mən dərslərdə də qeyd edirdim, Azərbaycanda müxtəlif etnikləri, fərqli etiqadları dini etiqadları öyrənmək olar, amma bu müzakirə edilmir. Mən tələbələrimə bildirdim ki, Azərbaycan dünyada multikulturalizmin dövlət siyasətində prioritet istiqamətin olduğu nadir ölkələrdəndir”. 

Son xəbərlər

Orphus sistemi