Peşə təhsili müəssisələrinə qeydiyyat sabah başa çatır

Peşə təhsili müəssisələrinə qeydiyyat sabah başa çatır Sabah, sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.
Elm və təhsil
9 Sentyabr , 2019 10:53
Peşə təhsili müəssisələrinə qeydiyyat sabah başa çatır

Sabah, sentyabrın 10-da 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun ikinci mərhələsində uğur qazanmış namizədlərin qeydiyyat prosesi başa çatır.

Təhsil Nazirliyindən "Report"a verilən məlumata görə, ixtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər təhsil haqqında sənədin əslini, tibbi arayışı, şəxsiyyət vəsiqəsinin surətini, 3x4 sm. ölçüdə 4 ədəd fotoşəkli və hərbi mükəlləfiyyət barədə sənədi (hərbi mükəlləfiyyətlilər) qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Qeydiyyatdan keçməyənlər qəbul olunduqları ixtisasdan imtina etmiş hesab olunacaqlar.

Qeyd edək ki, sənəd qəbulunun ikinci mərhələsində 3 754 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

Son xəbərlər

Orphus sistemi