Peşə məktəblərinə qəbulla bağlı şikayət müddəti bitib

Peşə məktəblərinə qəbulla bağlı şikayət müddəti bitib Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb.
Elm və təhsil
13 Sentyabr , 2019 18:00
Peşə məktəblərinə qəbulla bağlı şikayət müddəti bitib

Peşə təhsili müəssisələrinə qəbul və nəticələrlə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün yaradılan Apellyasiya Komissiyası fəaliyyətini yekunlaşdırıb. 

"Report" xəbər verir ki, Komissiya şikayətləri 18 nömrəli Bakı Peşə Liseyində dinləyib. 

Qeyd edək ki, 2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulu artıq başa çatıb. 5-20 avqust tarixlərində keçirilən birinci mərhələdə 8 808 nəfər, 28 avqust - 5 sentyabr tarixlərində keçirilən ikinci mərhələdə isə 3 754 nəfər peşə təhsili müəssisələrində təhsil almaq hüququ əldə edib. 

Son xəbərlər

Orphus sistemi