Nurlana Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri ilə görüşüb

Nurlana Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri ilə görüşüb Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğuna baş çəkib
Elm və təhsil
22 Mart , 2017 11:04
Nurlana Əliyeva Bolqarıstanın Veliko Tırnovo şəhərinin meri ilə görüşüb

Sofiya. 22 mart. REPORT.AZ/ Bolqarıstanda səfərdə olan Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva Veliko Tırnovo şəhərinin meri Daniel Panovla görüşüb.

“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, görüşdə D.Panov son illər Bolqarıstan və Azərbaycan arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini qeyd edib.

Ötən ilin sentyabrında “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun bərpasına görə Azərbaycan tərəfinə təşəkkürünü bildirən mer iki ölkə arasında elm, mədəniyyət və incəsənətlə yanaşı araşdırmalar sahəsində də əlaqələrin genişləndiriləcəyinə əminliyini vurğulayıb.

Bakı Slavyan Universitetinin rektor N.Əliyeva isə rəhbərlik etdiyi ali təhsil ocağının 70 ildə keçdiyi tarixi inkişaf yolu barədə məlumat verib. O bildirib ki, hazırda universitetdə 50-yə yaxın azərbaycanlı tələbə bolqar dili və ədəbiyyatı üzrə təhsil alır. Bolqar Dili və Mədəniyyəti Mərkəzində hər il Bolqarıstanın milli bayramları qeyd edilir".

N.Əliyeva Veliko Tırnovo şəhər merini Azərbaycan və Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunacaq bayram tədbirlərində iştirak etmək məqsədilə Bakıya dəvət edib.

Sonra Azərbaycan nümayəndə heyəti Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğuna baş çəkib.

Son xəbərlər

Orphus sistemi