Nəriman Nərimanovun böyük qardaşının əsəri aşkar edilib

Nəriman Nərimanovun böyük qardaşının əsəri aşkar edilib Əsər Salman Nərimanovun həyatından bəhs edir
Elm və təhsil
2 Noyabr , 2016 17:00
Nəriman Nərimanovun böyük qardaşının əsəri aşkar edilib

Bakı. 2 noyabr. REPORT.AZ/ AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli dövlət xadimi və yazıçı Nəriman Nərimanovun böyük qardaşı Salman Nərimanovun (1847-1907) “Səyahətnamə” əsəri aşkar edilib.

İnstitutun mətbuat xidmətindən "Report"a verilən məlumata görə, S.Nərimanov 1847-ci ildə Tiflisdə dünyaya gəlib, ilk təhsilini oradakı mədrəsədə alıb. Salman Nərimanov XX əsrin əvvəllərində mətbuat orqanlarında çalışan ilk azərbaycanlı mürəttib, jurnalist, publisist olub. Bir sıra mətbuat orqanlarında, xüsusilə də ilk gündəlik Azərbaycan qəzeti olan “Həyat”da ciddi və yumaristik yazıları, şeirləri ilə çıxış edib.

S.Nərimanovun həyatından bəhs edən “Səyahətnamə” əsərində müəllifin ictimai-siyasi fikirləri də yer alıb. Əsərin əlyazmasının son səhifəsindən görunur ki, çar senzurası 1902-ci ildə onun çapını qadağan edib.

Son xəbərlər

Orphus sistemi