Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib - FOTO

Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib - FOTO Mulyajı muzeyə Naxçıvan Muxtar Respublikası Ali Məclisi verib
Elm və təhsil
8 Dekabr , 2015 11:19
Naxçıvan xanlığının bayrağının mulyajı Tarixi Muzeyinə hədiyyə edilib - FOTO

Bakı. 8 dekabr. REPORT.AZ/ Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinə Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən Naxçıvan xanlığının dövlət bayrağının mulyajı hədiyyə edilib. 

AMEA-dan "Report"a verilən xəbərə görə, mulyaj Rusiyanın Sankt-Peterburq şəhərindəki Artilleriya, Raket qoşunları və Rabitə qoşunları Hərbi-Tarixi Muzeyində qorunan Naxçıvan xanlığının dövlət bayrağının tam oxşarı olaraq hazırlanıb.

Qeyd edək ki, Rusiya muzeylərində Naxçıvan xanlığına aid bayraqları ilk dəfə Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov aşkar edib.

Son xəbərlər

Orphus sistemi