NASA Marsın panoram çəkilişini dərc edib - VİDEO

NASA Marsın panoram çəkilişini dərc edib - VİDEO Çəkiliş zamanı planetdə səma aydın olduğundan bir çox maraqlı detallar əldə olunub
Elm və təhsil
4 Fevral , 2018 11:22
NASA Marsın panoram çəkilişini dərc edib - VİDEO

Bakı. 4 fevral. REPORT.AZ/ NASA Marsın "Curiosity" özüyeriyən aparatının köməkliyi ilə lentə alınmış panoram çəkilişini dərc edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, panorama Qeyl kraterində Vera Rubin dağ silsiləsindən çəkilmiş şəkillərdən tərtib olunub.

Çəkiliş Marsda qış gündönümünə az qalmış aparıldığına görə, planetdə səma aydın olub ki, bu da kadrlarda bir çox detalların əldə olunmasına şərait yaradıb.

"Curiosity" öz kimyəvi laboratoriyası olan üçüncü nəsil özüyeriyən aparatdır. O, Marsa 2012-ci ilin 6 avqustunda endirilib. 2018-ci ilin əvvəlinədək "Curiosity" planetdə 18 km yol qət edib.

Son xəbərlər

Orphus sistemi