Məleykə Abbaszadə: "Bu il ali məktəblərə qəbul planı artırılaraq 45159 yerə çatdırılıb"

Məleykə Abbaszadə: "Bu il ali məktəblərə qəbul planı artırılaraq 45159 yerə çatdırılıb" Bakı. 17 may. REPORT.AZ/ 2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı, təxminən, 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb.
Elm və təhsil
17 May , 2018 11:48
Məleykə Abbaszadə: Bu il ali məktəblərə qəbul planı artırılaraq 45159 yerə çatdırılıb
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 17 may. REPORT.AZ/ "2018-2019-cu tədris ili üçün bakalavr səviyyəsi üzrə qəbul planı, təxminən, 2303 yer (5,37 %) artırılaraq 45159-a çatdırılıb".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, heç bir ixtisas qrupu üzrə qəbul planında azalma yoxdur: "İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb".

M.Abbaszadə əlavə edib ki, qəbul planında dövlət sifarişli yerlərin sayı 1,3 % artıb: "Bu da keçən illə müqayisədə 32 yer artım deməkdir. Müxtəlif artma o demək deyil ki, bütün universitetlərdə plan yerlərinin sayı artıb. Misal olaraq, Azərbaycan Tibb Universitetində plan yerlərinin 26 % azalıb. Müəyyən universitetlərdə isə yeni ixtisaslar açılaraq plan yerlərinin sayı artıb".

Direktorlar Şurasının sədri vurğulayıb ki, 9 illik bazadan kolleclərə qəbul planı 5% (572 yer) azalıb, 11 illik orta təhsil bazadan isə qəbul planı ötən ilə nisbətən 21% artıb: "11 illik bazadan kolleclərə qəbul planı 9 687 yerdir. Keçən il isə bu rəqəm 8004 idi. Təxminən 1683 yer artıb".

Son xəbərlər

Orphus sistemi