Astronomlar: "Mars və Yer bu həftə maksimum yaxınlaşacaq"

Astronomlar: "Mars və Yer bu həftə maksimum yaxınlaşacaq" Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək
Elm və təhsil
19 May , 2016 18:42
Astronomlar: Mars və Yer bu həftə maksimum yaxınlaşacaq

Bakı. 19 may.REPORT.AZ/ Bu həftə Yer sakinləri sapsarı "ulduz"u yaxından izləyə biləcəklər. "Report" Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, Mars 10 il ərzində ilk dəfə Yerə maksimum yaxınlaşacaq.

Astronomlar iddia edirlər ki, qırmızı və mavi planetlər arasında məsafə 76 milyon kilometr təşkil edəcək. 

Alimlər Marsın yeni, daha dəqiq görüntüsünü almağa ümid edirlər.

Planetlərin bu şəkildə yerləşməsi iyunun 12-dək davam edəcək. 

Planetlər arasında ən yaxın məsafə mayın 30-da olacaq. Lakin bu rekord deyil, 13 il əvvəl Marsla Yer arasında məsafə 56 milyon kilometrdən az olub. Bu rekord 2018-ci ilin iyulunda təkrar oluna bilər.

Son xəbərlər

Orphus sistemi