Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilib
Elm və təhsil
21 Noyabr , 2015 12:21
Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə cərimələr müəyyənləşdirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə qanunu imzalayıb. “Report” xəbər verir ki, sənədə əsasən, Məcəlləyə “Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulması” adlı 192-1-ci maddə əlavə edilib.

Həmin maddəyə əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə, vəzifəli şəxslər yüz manat miqdarında, hüquqi şəxslər beş yüz manat miqdarında cərimə ediləcək.

Son xəbərlər

Orphus sistemi