Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində Şuşa anılıb

Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində Şuşa anılıb Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub
Elm və təhsil
8 May , 2015 17:03
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ ofisində Şuşa anılıb

Bakı. 8 may. REPORT.AZ/ Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisinin təşəbbüsü ilə M.F.Axundov adına Ağcabədi şəhər 3 saylı məktəb-liseydə və Ağabəyli kənd tam orta məktəbində Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 23-cü ildönümü ilə bağlı tədbir keçirilib. Bu barədə “Report”a GTM-in mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, tədbirdə əvvəlcə Şuşa şəhərinin işğalı və Qarabağ müharibəsi zamanı şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra ümummilli lider Heydər Əliyevin Şuşaya olan sevgisindən danışan məktəb-liseyin direktoru Tofiq Zeynalov bildirib ki, ulu öndər 1969-cu ildə Azərbaycanda rəhbərliyə başlayandan sonra şəhərdə quruculuq işləri geniş vüsət alıb, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsi ucaldılıb, bir çox tarixi şəxsiyyətlərin heykəlləri, büstləri qoyulub, mehmanxana, çoxmərtəbəli yaşayış binaları, inzibati binalar tikilib.

GTM-in Qarabağ Regional ofisinin rəhbəri Radə Telmanqızı isə 23 il bundan əvvəl ölkədə ictimai-siyasi vəziyyət, Vətən uğurunda canlarından keçən şəhidlərin mübarizəsi, Şuşanın Azərbaycan xalqı üçün tarixi və mənəvi əhəmiyyəti barədə danışıb.

Tədbirdə məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonra Şuşa şəhərinin tarixinə həsr olunmuş film göstərilib.

Bundan başqa, Gənclər üçün Təhsil Mərkəzi Qərb Regional Nümayəndəliyinin təşəbbüsü ilə Samux rayonunda Şuşanın işğal olunmasının 23-cü ildönümunə həsr olunmuş vətənpərvərlik mövzusunda “Mənəvi incimiz – Şuşa” adlı anım tədbiri keçirilib. Samux şəhər 3 saylı orta məktəbində təşkil olunan tədbirdə Samux rayon Heydər Əliyev Mərkəzinin və rayon Təhsil Şöbəsinin nümayəndələri də iştirak edib.

Tədbirdə çıxış edənlər Şuşanın ermənilər tərəfindən işğalı nəticəsində şəhərdə 195 nəfər Azərbaycan vətəndaşı xüsusi amansızlıqla qətlə yetirildiyini, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri əlil olub, 552 körpə valideynlərini itirib, 20 mindən artıq insan isə doğma yurd-yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşdüyünü məktəblilərin diqqətinə çatdırıblar. Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyinin isə sual altında olduğu qeyd edilib.

Daha sonra məktəblilərin hazırladığı Şuşaya həsr olunmuş kompozisya və Şuşanın maddi-mədəniyyət nümunələri, “Xarı-bülbül”, “Cıdır düzü”, “İsa bulağı”, “Şuşa qalası” və s. mənəvi inciləri haqqında məktəblilərin maraqlı məlumatları dinlənilib.

Son xəbərlər

Orphus sistemi