Bakı. 25 noyabr. REPORT.AZ/ Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq. "Report"un xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib ki, buraxılış imtahanları ilə bağlı təkliflər sentyabr ayında Təhsil Nazirliyinə göndərilib. Bu təkliflər artıq ekspertlər tərəfindən müzakirə olunub, Təhsil Komissiyasında da baxılıb. Artıq Təhsil Nazirliyinin tələbi əsasında buraxılış imtahanlarına əlavə olunacaq üçüncü fənn müəyyənləşib. Onun sözlərinə görə, üçüncü fənn “Xarici dil” fənni olacaq.
Gələn il Azərbaycanda keçiriləcək buraxılış imtahanları fənlərinin sayı artırılacaq
Elm və təhsil
25 Noyabr , 2014
12:24
https://static.report.az/photo/8926b126-3c1d-48d3-9a5a-96729395eb99.jpg