Füzuli Təhsil Şöbəsi: 45 nömrəli məktəbin yerləşdiyi binada baş verən yanğın zamanı xəsarət alan olmayıb

Füzuli Təhsil Şöbəsi: 45 nömrəli məktəbin yerləşdiyi binada baş verən yanğın zamanı xəsarət alan olmayıb Bakı. 13 noyabr. REPORT.AZ/ Füzuli rayon Təhsil şöbəsi 45 nömrəli tam orta məktəbin yerləşdiyi binada baş verən yanğınla bağlı məumat yayıb.
Elm və təhsil
13 Noyabr , 2018 16:03
Füzuli Təhsil Şöbəsi: 45 nömrəli məktəbin yerləşdiyi binada baş verən yanğın zamanı xəsarət alan olmayıb

Bakı. 13 noyabr. REPORT.AZ/ Füzuli rayon Təhsil şöbəsi 45 nömrəli tam orta məktəbin yerləşdiyi binada baş verən yanğınla bağlı məumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda qeyd olunub ki, bu gün Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, A.Hüseynov küçəsi, 3 ünvanında yerləşən Neft-Qaz Çıxarma İdarəsinin binasında yanğın olub.

Bildirilib ki, binanın 1-ci mərtəbəsində Füzuli rayonu 45 nömrəli tam orta məktəbi yerləşir, 2-ci və 3-cü mərtəbələrində isə məcburi köçkünlər məskunlaşıb: "Füzuli rayon Təhsil şöbəsindən verilən məlumata görə, yangın səhərə yaxın baş verdiyindən məktəbin inzibati və pedaqoji heyəti, habelə şagirdlər məktəb binasında olmayıblar. Hazırda məktəbdə tədrisə bir günlük fasilə verilib, yanğın söndürülüb və təmizlik işləri aparılır. Hadisə zamanı məktəbin sinif otaqlarına ziyan dəyməyib və xəsarət alan olmayıb". 

Son xəbərlər

Orphus sistemi