TQDK: Məktəblərdə fənlər zəif tədris olunur, yerlərdə ümumi təhsil standartları eyni qaydada tətbiq edilmir

TQDK: Məktəblərdə fənlər zəif tədris olunur, yerlərdə ümumi təhsil standartları eyni qaydada tətbiq edilmir "Təhsil şöbələri və məktəb rəhbərləri öz nəticələrini təhlil edib, lazımi tədbirlər görməlidirlər"
Elm və təhsil
29 Mart , 2016 14:02
TQDK: Məktəblərdə fənlər zəif tədris olunur, yerlərdə ümumi təhsil standartları eyni qaydada tətbiq edilmir

Bakı. 29 mart. REPORT.AZ/ "Abituriyentlərin ana dilindən yalnız 37.64, ədəbiyyatdan isə 16.84%-i attestatdakı “əla” qiymətlərini təsdiq edib. Bu isə o deməkdir ki, respublikanın bir sıra ümumtəhsil məktəblərində şagird biliyinin qiymətləndirilməsi hələ də mövcud standartlara uyğun deyil". "Report"un məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) apardığı 2015/2016-cı tədris ili üçün imtahan nəticələrinin elmi-statistik təhlilində bildirilir.

Qeyd olunub ki, Azərbaycan bölməsi abituriyentlərinin test tapşırıqlarına düzgün cavabları ana dili fənnindən I-II qruplarda 39.36-40.32, III-IV qruplarda 47.51-46.61, V qrupda 46.37, ədəbiyyatdan 39.64%, rus bölməsində ana dili fənnindən I-II qruplarda 49.97-43.65, III-IV qruplarda 46.62-61.24, V qrupda 49.62, ədəbiyyatdan isə 47.39% olub.

Azərbaycan bölməsində ana dili fənnindən abituriyentlərin I qrupda 12.37, II qrupda 8.89, III qrupda 6.68, IV qrupda 11.86, ədəbiyyatdan 11.67%-i sıfır bal toplayıb. Rus bölməsində isə ana dili fənnindən abituriyentlərin I qrupda 3.40, II qrupda 3.62, III qrupda 2.69, IV qrupda 1.31, ədəbiyyatdan 5.75%-i sıfır bal toplayıb ki, bu da Azərbaycan bölməsi üzrə göstəricilərdən nisbətən azdır.

Məlumatda o da bildirilir ki, fənlər zəif tədris olunur, yerlərdə ümumi təhsil standartları eyni qaydada tətbiq edilmir: "Qiymət meyarları müəyyən məktəblərdə bir-birindən ciddi surətdə fərqlənir. Ona görə də eyni hazırlıqlı şagirdin biliyi ayrı-ayrı məktəblərdə müxtəlif qiymətləndirilir. Bununla əlaqədar müvafiq təhsil şöbələri və məktəb rəhbərləri öz nəticələrini təhlil edib lazımi tədbirlər görməlidirlər".

Həmçinin, qeyd olunub ki, ölkənin ayrı-ayrı bölgələrini təmsil edən abituriyentlərin imtahan fənləri üzrə cavablarının təhlili göstərir ki, tədris prosesində qeyd edilən çatışmazlıqlarla bərabər, məzunları yüksək nəticələr göstərən qabaqcıl rayonlar, məktəb və liseylər də az deyil: "Ana dili və ədəbiyyat fənlərindən yüksək göstəriciləri olan belə təhsil şöbələri və məktəblər haqqında məlumat təqdim olunur.

Şübhəsiz, bütün bu göstəricilər müvafiq şəhər və rayonların təhsil orqanları və müəssisələrinin səmərəli fəaliyyətinin nəticəsidir. Onların iş təcrübəsini respublika miqyasında yaymaq müvafiq elmi-metodiki mərkəzlərin ümdə vəzifələrindən biri olmalıdır".

Son xəbərlər

Orphus sistemi