Bakı. 9 dekabr. REPORT.AZ/ AMEA Rəyasət Heyəti aparatının nəzdində yaradılan "Elm" Nəşriyyat-Poliqrafiya İdarəsi "Elm" Nəşriyyatı adlandırılıb. "Report" xəbər verir ki, nəşriyyatın direktoru vəzifəsinə Hafiz Abıyev təyin edilib.
Digər bir qərarla AMEA Rəyasət Heyətinin "Elm" Redaksiya-Nəşriyyat və Poliqrafiya Mərkəzi "Elm" Nəşriyyatının tabeliyinə verilib.