DİM sədri: "İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək"

DİM sədri: "İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək" Bizim çox gərgin iş qrafikimiz olacaq. Çünki iyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək.
Elm və təhsil
7 May , 2020 18:18
DİM sədri: İyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək

"Bizim çox gərgin iş qrafikimiz olacaq. Çünki iyun ayında 160 mindən çox insan imtahanlarda iştirak edəcək".

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

DİM sədri bildirib ki, hər bir imtahanda iştirak edəcək şəxslərə eyni şərait yaratmaq əsas hədəfdir: "Nəzarətçi müəllimlər əsasən regionlardan cəlb olunacaq və bu il onların sayı əvvəlki illə müqayisədə artacaq".

O qeyd edib ki, bu günə qədər gündəlik 40 min insanın iştirakı ilə imtahan keçirilib: "Amma bu dəfə 80 min insan olacaq. Müəllimlər üçün müvəqqəti iş yerləri yaradılacaq. Təhsil sisteminin işçiləri də bizə dəstək olacaq".

Son xəbərlər

Orphus sistemi